İnsan orqanizmini susuz təsəvvür etmək mümkün deyil. Bədənin gündəlik su ehtiyacı var. Hər kəs bu ehtiyacı öz zövqünə görə ödəyir. Su əvəzedilməz olsa da, suyu çay, süd, qəhvə, meycə suları ilə əvəz edənlər də az deyil. Ancaq bu içkilərin də hərəsinin orqanizmə öz faydası var.
Tribunainfo.az yazır ki, su, çay, qəhvə, meyə suyu qəbul edərkən qədərinə və gündəlik dozuna diqqət etmək lazımdır.
Portağal suyu – C vitamini ilə zəngindir. Soyuqdəyməyə qarşı qoruyucu vasitədir.
Tərəvəz suları – meyvə suları ilə müqayisədə daha az kalorilidir. Tərkibində şəkər az olduğundan istifadə etmək vücuda müsbət təsir göstərir. İmmuniteti artırır, xəstəliklərə qarşı qoruyucu qalxan rolunu oynayır.
Süd – yalnız sümüklərə faydalı deyil, gündəlik istifadə həmçinin artıq kilo almaq riskini də minimuma endirir.
Su – yararları saymaqla bitməyən suyun dırnaqlara, böyrəklərə, saçımıza qədər hədsiz faydası var.
Çay – qara, yaşıl fərq etməz, hər növü orqanizm üçün xeyirlidir. Diş sağlığına və ürəyə faydalıdır.
Qəhvə – şəkər xəstəliyinə tutulmaq riskini azaldır. Əhvalın düzəlməsinə səbəb olur, ancaq tərkibindəki kafeinə görə çox istifadə zərərlidir.