Bu içkilər orqanizmi yavaş-yavaş zəhərləyir

Bu içkilər orqanizmi yavaş-yavaş zəhərləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Gün ərzində qəbul etdiyimiz qida və içkilər bədənə birbaşa təsir edir. Bəzi içkiləri davamlı olaraq istehlak etdikdə fərqində olmadan sağlamlığınıza böyük zərər verə bilərsiniz.
Tribunainfo.az  orqanizmi yavaş-yavaş zəhərləyən içkiləri təqdim edir:
Zərərli içki dedikdə ilk növbədə ağla alkoqollu içkilər gəlir. Həddindən artıq istehlak edildikdə, spirt qaraciyərin zədələnməsinə, immunitet sisteminin zəifləməsinə, sinir sisteminin pozulmasına və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Ancaq alkoqolsuz içkilər də olduqca təhlükəlidir. Bəzi qazlı və şəkərli içkilər diabet, qan təzyiqi və ya ürək kimi ciddi xəstəliklərə səbəb ola bilir. Tərkibində yüksək miqdarda şəkər olan içkilər piylənmə, şəkərli diabet, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemlərinə gətirib çıxarır.
Qəhvə həm qoxusu, həm də dadına görə ən çox istehlak edilən və sevilən içkilər arasındadır. Həddindən artıq kofein qəbulu sizi yuxusuzluq, narahatlıq, ürək döyüntüsü və həzm problemləri ilə üzləşdirə bilər. “Qəhvə” adı altında satılan bir çox içkinin tərkibində yüksək miqdarda şəkər, kofein və ya süni tatlandırıcılar olur. Yüksək kofein və şəkər həddindən artıq istehlak edildikdə ürək ritminin pozulmasına, yüksək qan təzyiqinə və digər sağlamlıq problemlərinə səbəb olur.
Qazlı içkilər isə bütün bunlarla yanaşı diş minasına zərər verir və həzm sistemini pozur.
Bu içkilərin həddindən artıq və ya müntəzəm istifadəsi sağlamlıq üçün risklidir. Balanslı və sağlam həyat tərzi üçün bu cür içkilərin istehlakını məhdudlaşdırmaq vacibdir.