İsrail ordusu Qəzza zolağında quru əməliyyatına hazırlaşır, İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində əməliyyatın dəqiq nə vaxt başlayacağını açıqlamasa da, xalqa müraciət edib.
Tribunainfo.az xəbər verir ki, Netanyahu açıqlamasında bildirib ki, “Biz torpaq işğalına hazırlaşırıq. Nə vaxt, necə və nə qədər olduğunu dəqiqləşdirməyəcəyəm. Əksəriyyəti ictimaiyyətin bilmədiyi bir sıra məsələləri təfərrüatlı şəkildə açıqlamayacam. Və belə də olmalıdır. Biz əsgərlərimizin həyatını belə qoruyuruq”.
O, həmçinin qeyd edib ki, İsrail ordusunun məqsədi Fələstinin Həmas qruplaşmasını məhv etmək və girovları geri qaytarmaqdır.
“Biz artıq minlərlə terrorçunu öldürdük və bu, hələ başlanğıcdır”, – Netanyahu bildirib.
Onun sözlərinə görə, qoşunların Fələstin anklavına nə vaxt göndəriləcəyi ilə bağlı qərarı hökumətin xüsusi hərbi kabineti verəcək.