BU HƏFTƏ QURU SƏRHƏDLƏRİ AÇILA BİLƏR…

BU HƏFTƏ QURU SƏRHƏDLƏRİ AÇILA BİLƏR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya ASAN VİZA, ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi qərarı çox doğru, düzgün qərardır. Bu, quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir.

Tribunainfo.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, çox güman, yaxın günlərdə Azərbaycanda nəhayət ki, Operativ Qərargah ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq koronavirus məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var.

İqtisadçının sözlərinə görə, ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını versin:

“Artıq bu məsələnin rəsmi olaraq pandemiya ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək.
Bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti pandemiya dövründə qadağalarla bağlı vətəndaşa və biznesə verilən cərimələr məsələsini də həll etsin. İndiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın, bunun çox asan mexanizmləri var, məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər”.