Cənubi Koreyanın Honqçan ərazisində yerləşən həbsxana könüllü məhbuslara ev sahibliyi edir.
Qaynarinfo xəbər verir ki, tikilidə 2013-cü ildən bəri 2 min nəfər həbsxana həyatı yaşayıb. Məhbusların əksəriyyətini ofis işçiləri və tələbələr təşkil edir. Həbsxananın digərlərindən fərqi ödənişli və könüllü olmasıdır. 24 saat üçün 90 dollar ödəyən 28 yaşlı Park Hay Ri burada özünü azad hiss etdiyini bildirir.
Həbsxananın ciddi qaydaları var. Məhkumların telefon, saat istifadə etmələrinə, ünsiyyət qurmalarına məhdudiyyətlər tətbiq edilir. Mavi rəngli forma geyinən könüllü həbsxana üzvlərinə dəbdəbədən uzaq ehtiyac ləvazimatları və qidalar verilir.
İdeya, həbsxana yaradıcılarından olan No Çi Hayanqın ağır iş saatından bezən həyat yoldaşına məxsusdur.
Qeyd edək ki, Yaponiyada uzun iş saatları intihar və ölümlərə belə səbəb olur.