backend

“BU HAQDA DANIŞMAQ ÜMUMİ İŞƏ ZİYAN VURMAQDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv olunmuş MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə ittiham aktında bir sıra MTN agentlərinin adları açıqlanıb.  

Ləğv olunmuş MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və polkovnik Azər Mehdiyevin işi üzrə ittiham aktında bir sıra MTN agentlərinin adları açıqlanıb. 

7 milyon manatdan artıq dövlət vəsaitinin mənimsənilməsi epizodunda bəzi agentlərin kod adları, bəzilərinin isə həqiqi adları öz əksini tapıb.

Sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev TİA.AZ-a bildirdi ki, belə məlumatların yayılması doğru deyil. 

Onun sözlərinə görə, bu adamların adlarını, kod adlarını, adlarının baş hərflərini yazmaq, haradasa qeyd etmək düzgün deyil:

“Ortada dövlətin pulu mənimsənilib. İstintaqçılar pulun mənimsənilməsi faktını təsbit etmək üçün mücərrəd adlardan istifadə edə bilməzdilər. Bu məsələlərin araşdırılması vacibdir. Təəssüflə qeyd edirəm ki, məhkəmələrdə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər haqda hər hansı bir məlumatlar açıqlanmaqdadır. Düşünürəm ki, məhkəmənin məxfi əməkdaşlığa cəlb olunmuş şəxslərlə bağlı hissəsı qapalı keçməli idi. Digər tərəfdən agent kimi adları çəkilən şəxslərin siyahısına baxdım. Onların agentliyindən söhbət getmir. Sadəcə olaraq, etibarlı əlaqələr qurulan bəzi şəxslər var. Bu məsələlərin açıqlanması da doğru deyil. İş üzə göstərilən məbləğlər də inandırıcı deyil. Əməliyyat işçisi ilə mənbə arasındakı münasibət elə bir gizli münasibətdir ki, bunların açılması əməliyyat işçisinin özünə başucalığı gətirmir. Əməliyyat təsərrüfatında olan məsələlərin açıqlanması bu sahənin gələcəyini şübhə altına alır. Yayılan siyahılarda elə şəxslərin adları çəkilir ki, onlar əvvəllər hüquq mühafizə orqanlarında çalışıblar. Onlara o boyda pulların verilməsi inandırıcı deyil. Həmin məbləğlərin bu şəxslərə xərclənməsi də yəqin ki, baş verməyib. Sovet höküməti dağılanda agentlərin adlarının açıqlanması məsələsi çox geniş şəkildə müzakirə edilirdi. Hətta elə bir vəziyyət yaranmışdı ki, bir qərarla agentlərin adları açıqlana bilərdi. Amma son anda bundan vaz keçildi. Yəni bir çox cinayətlərin açılmasında, önlənməsində məlumatın verən şəxslərin kimliyinin açıqlanması onların zərbə altına qoyulması deməkdir. 

Bu, onların gələcək fəaliyyətlərini sıfıra endirir. Kim agent olduğunu bildiyi şəxsin yanında hər hansı bir əhəmiyyətli məlumatı danışar? Agentlərin de-şifrə olunması ümumilikdə, əməliyyat təsərrüfatının gələcəyini şübhə altına qoyur. Məhkəmədə hakim, katib, vəkillər, məhkəmə nəzarətçilər, elə müttəhimlərin özləri də agentlərin kimliyini öyrənəcəklərsə, bu yaxşı heç nə vəd etmir. Yəni agentlər haqda danışmaq, kod adlarını, adlarını, adlarının baş hərflərini yazmaqla bildirmək ümumi işə ziyan vurmaqdan başqa heç nə verməyəcək. Dövlətə ziyan verilməsidir. Bəlkə agentlərin mükafatı hansı məlumatları verdiklərinə görə aldıqlarını da açıqlasınlar? Hansı istiqamətdə işlədiklərini də açıqlasınlar, məsələ tamam bitsin! Bu gün baş verənlər gələcəkdə əməliyyat işlərinə böyük zərbə vuracaq”.

İlahə