Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır

Bu gündən Türkiyə ilə Ermənistan arasında uçuşlar başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanın “Flyone Armenia” aviaşirkəti bu gün baş tutacaq İrəvan-İstanbul-İrəvan reysi üçün hazırlıqların başa çatdığını açıqlayıb.
TİA.AZ  APA-ya istinadən xəbər verir ki, “Flyone Armenia” aviaşirkətinin İdarə Heyətinin sədri Aram Ananyan reys üçün epidemioloji tədbirlərin görüldüyünü, uçuş üçün hazırlıq işlərinin başa çatdırıldığını söyləyib.
Aram Ananyan İrəvan-İstanbul reyslərinin İstanbuldakı erməni icması ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsində rol oynayacağını da əlavə edib.
Növbəti reysin fevralın 5-də gerçəkləşəcəyi də açıqlanıb.