Bu gündən müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.
Tribunainfo.az xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 26 iyul saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.