Azərbaycanda bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur. Azərbaycanda bəzi məhsulların qiymətində bahalaşma müşahidə olunur.
TİA.AZ-ın paytaxt mağazalarında apardığı müşahidələrdən məlum olub ki, bu gündən etibarən bəzi çay məhsullarının qiymətində artım qeydə alınıb.
Belə ki, “Beta” və “Champion” çaylarının qiyməti bütün çeşidlər üzrə 8-10% həcmində bahalaşıb.
Bununla yanaşı, “Milla” süd və süd məhsullarının qiymətində də artım var. Mağazalardan əldə etdiyimiz məlumata görə, bu məhsullarda bahalaşma 7-10% səviyyəsindədir.