Bu gündən etibarən bu zolaqdan yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək. Bu gündən etibarən bu zolaqdan yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək.
TİA.AZ-ın məlumatına görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilir ki, başqa kimsə sarı zolağa daxil olarsa, inzibati xəta törətmiş olacaq.
Sarı rəngdə bütöv formada çəkilmiş zolaqlarda hərəkəti qadağan edən yol işarələri qoyulub. Nişanların tələbinə əsasən sarı zolaqda hərəkət edən sürücü 40 manat cərimə olunacaq. Təhlükəsizliyin təmin edilməsi üçün bu zolaqlarda hərəkət yalnız idmançıların və oyunlarda iştirak üçün qeydiyyatdan keçən digər şəxslərin daşınması üçün nəzərdə tutulub.
Akreditasiyadan keçən jurnalistlərin sarı zolaqlardan istifadə etməsi üçün isə mütləqdir ki, təşkilat komitəsi ilə razılaşdırılmalı və şəxsi avtomobilə xüsusi birka, tanınma işarəsi vurularaq qeydiyyatdan keçməlidir. Xüsusi birka da qabaq şüşəyə və arxadan kopotun üzərinə yapışdırılmalıdır. Hərəkət edən zaman da Dövlət Yol Polisi əməkdaşları görüb cərimələməyəcək, yəni elektron protokol yazılmayacaq.
“Oyunlar zolağı”nın əhatə etdiyi küçələr bunlardır: Neftçilər prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu, Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti, Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi, Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor şosesi.
Mayın 8-də “10-cu zavod dairəsi”ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun “Koroğlu” stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Bu yollarda məhdudiyyət həmin gün günorta saatlarından axşam saatlarına qədər davam edəcək.
Sürücülərdən Hava Limanının hər iki istiqamətində hərəkət edərkən alternativ yollardan istifadə etmələri xahiş olunur. Balaxanı, Zabrat, Maştağa, eləcədə paytaxtın Fəhlə prospektindən və Bakı Beton Hava Linmanı istiqamətləri üzrə də hərəkət edə bilərlər.