Xəbər verdiyimiz kimi “Laçın” SNB-də 3 erməni saxlanılıb. Tribunainfo.az-ın məlumatına görə, uydurma “Martuni Avo” klubunun futbolçuları olan ermənilər Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkətlərə yol veriblər. Onlar bunu videoya çəkərək paylaşıblar.
“Martuni Avo” futbol klubu ermənilər tərəfindən 2004-cü ildə yaradılmışdır. Bu adı Qarabağ marşının iştirakçısı Monte Melkonyanın şərəfinə alıb. Hazırda klub Martunidən çıxış edir, şəhər stadionunda rəqiblərini qəbul edir və regional turnirlərdə iştirak edir. 2009-cu ildə klub ilk “DQR turniri”ndə 2-ci yeri tutdu. 2010-cu ildə klub 3-cü horizontal yeri tutub. Klubun məşhur futbolçuları isə Gevorq Petrosyan və Vaaqn Petrosyandır.
Monte “Avo” Melkonyan ASALA terror təşkilatının ASALA-RM qanadının qurucusudur. 1983-cü ildə Melkonyan Parisdəki Orli hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir. Nəticəsində 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərərk 6 il müddətinə azadlıqdan məhrum edilmişdir, lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq Fransadan Yəmənə deportasiya edilmişdir. Ancaq orada çox qalmayıb saxta sənədlərlə yenidən Avropaya gələrək bir muddət orada yaşamışdır.
1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olmuşdur. Monte Melkonyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edirdi. Yüksək səviyyədə təbliğ edilən iddiaya görə, M. Melkonyan İbad Hüseynov tərəfindən öldürülmüş, daha sonra isə başı kəsilmişdir. Lakin M. Melkonyanın dəfni zamanı başının yerində olması ictimaiyyətdə müəyyən suallar yaratmışdır.
Digər bir iddiaya görə isə, 12 iyun 1993-cü ildə Mərzilidə gedən döyüşdə Rizvan Məmmədvəliyevin komandiri olduğu 258 nömrəli PDM-in ekipajı tərəfindən açılan atəşlə öldürülüb.