BU GÜN XANKƏNDİ İLƏ İRƏVANDA FİASKO OLACAQ – ŞƏRH

BU GÜN XANKƏNDİ İLƏ İRƏVANDA FİASKO OLACAQ – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xankəndi və İrəvanda növbəti aksiyaların keçirilməsi nəzərdə tutulub. Tribunainfo.az yazır ki, uydurma blokada ittihamı adı ilə mitinq olacaq. Siyasi ekspert Fuad Əliyev separatçıların tam fiasko etdiyini düşünür. Onun sözlərinə görə, mitinq onların sonuncu təxribat şousudur. Analitik hesab edir ki, mitinqlər dünyanın diqqətini cəlb etməyə hesablanıb: “Amma bizə heç kim irad tuta bilmir.

Yol açıqdır. Bağlı deyil axı. Nəzarət var. Separatçılar deyirlər ki, kontrol olmasın. Avropa Birliyi, ABŞ və Rusiya necə deyə bilər ki, nəzarət olmasın. Kontrol ola-ola hələ silah daşınır. Ona görə biz legitim addım atmışıq. Bu mitinqlər nəticə verməyəcək”.