1948-ci ildə Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib.
1948-ci ildə Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış edib.
1950-ci ildən başlayaraq Ümumdünya Sağlamlıq Günü hər il 7 aprel tarixində qeyd olunur. Hər ilin bu günü ÜST üçün prioritet sayılan bir problem diqqət mərkəzində olur. Ümumdünya Sağlamlıq Günü 7 apreldən sonra belə davam edən uzunmüddətli ictimai maarifləndirmə proqramlarının başlanması ilə səciyyələnir.
Ümumdünya Sağlamlıq Günü diqqəti səhiyyə sahəsində beynəlxalq ictimaiyyətə təsir göstərən başlıca problemlərə yönəltmək üçün dünya səviyyəsində bir imkandır. 2017-ci ilin Ümümdünya Sağlamlıq Günü yayılmasına görә әmәk qabiliyyәtinin vә sağlamlığın itirilmәsinin ikinci amilinә vә ÜST-ün Avropa regionunda 128 000 suisid halın әsas sәbәbi olan depressiya probleminә hәsr edilib. Depressiya pozğunluğu olan insanların sayı regionda 40 milyon nәfәr tәşkil edir ki, 2015-ci ilin sağlamlıq vәziyyәtinin qlobal qiymәtlәndirilmәsinin bu yaxında dәrc edilmiş nәticәlәri bu göstәricini olkәlәr sәviyyәsindә әhalinin 3,8-6,3% civarında tәşkil etdiyini göstәrib.
ÜST-in Avropa regional bürosunun direktoru Dr. Zsuzsanna Jakab-nı sözlәrinә görә, depressiyanın müalicә vә profilaktikasının mümkün olduğuna baxmayaraq, dәrin depressiyası olan insanların әn az 75%-i adekvat müalicә almır. Lakin tәk xidmәtlәrin miqyasının genişlәndirilmәsi yetәrli deyil. Bu problem barәdә әhalinin mәlumatlılığının artırılması, sәviyyәsinin azaldılması üzәrindә iş eyni dәrәcә әhәmiyyәtә malikdir. ÜST-ün “Depressiya: gәlin danışaq” kampaniyası geniş ictimaiyyət kütlәsinin depressiyanın nәticәlәri vә onunla mübarizә yolları, elәcә dә depressiya ilә yaşayan insanlara dәstәyin necә verilmәli olduğu barәdә mәlumatlandırılmasına yönәldilib.
Azәrbaycanda da Sәhiyyә Nazirliyi vә ÜST-ün dәstәyi ilә Ümümdünya Sağlamlıq Gününә hәsr olunmuş silsilә birgә tәdbirlәrinin hәyata keçirilmәsi planlaşdırılır.
Depressiya tez-tez digәr vәziyyәtlәrlә yanaşı әmәlә gәlir vә 15-29 yaş arasında insanların ölüm hallarının sәbәbi kimi yol-nәqliyyat hadisәlәrindәn sonra ikinci yerdә olan suisidә gәtirә bilәr. Kişilәrlә müqayisәdә qadınlar arasında depressiya hallarının iki dәfә çox olmasına baxmayaraq, kişilәr arasında suisid hallarının sayı daha çoxdur. 2015-ci ildә aşağı vә orta gәlir sәviyyәli ölkәlәrdә qadınlarla müqayisәdә kişilәr dörd dәfә çox suisidә әl atıblar.
Depressiyanın terapiya vә ya antidepressant (vә ya hәr ikisi) vasitәsi ilә müalicәsi qәnaәt etmәyә imkan verәn sәmәrәli yanaşmadır. ABŞ-da bu sahәyә yatırılan hәr dollar daha yaxşı sağlamlıq göstәricilәri vә yüksәk әmәk qabiliyyәtinә görә, dörd dollar mәnfәәt gәtirir.
Xәstәlik barәdә mәlumatlılığın artırılması ilә depressiyanın daha effektiv profilaktikası ölkәlәr tәrәfindәn sәhiyyә xidmәtlәri vә sosial inteqrasiya ilә ümumi әhatә olunmaya keçidә dair aparılaraq işin ayrılmaz hissәsi olacaqdır. Bu iş ölkәlәrә Davamlı İnkişaf Mәqsәdlәrinin 2030-cu ilә qәdәr profilaktika vә müalicә vasitәsi ilә qeyri – yoluxucu xәstәliklәr sәbәbindәn erkәn ölüm hallarının üçdә birinә qәdәr azaldılması vә psixi sağlamlığına vә rifahın yaxşılaşdırılmasına dair 3,4 bәndinin yerinә yetirilmәsindә yardım edәcәkdir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin səhiyyə məsələləri üzrə ixtisaslaşmış agentliyidir. O, 7 aprel 1948-ci ildə yaradılıb. ÜST-ün Nizamnaməsində müəyyən olunduğu kimi, onun əsas məqsədi bütün insanların mümkün ola biləcək ən yüksək sağlamlıq səviyyəsinə nail olmalarını təmin etməkdir. ÜST özünün Ümumdünya Səhiyyə Assambleyası vasitəsilə 193 üzv dövlət tərəfindən idarə olunur.
İlahə