Bu gün UEFA Millətlər Liqasının V turuna start veriləcək

Bu gün UEFA Millətlər Liqasının V turuna start veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-də UEFA Millətlər Liqasında 5-ci turunun oyunları keçiriləcək.

TİA.AZ xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma təşkil olunacaq.

Turun mərkəzi qarşılaşması “A” liqasının 4-cü qrupunda oynanılacaq. Son dünya finalçısı Xorvatiya millisi İspaniya yığması ilə münasibətlərə aydınlıq gətirəcək.

Turun digər maraq doğuran oyunu “A” liqasının 2-ci qrupunda keçiriləcək. Belçika seçməsi doğma meydanda İslandiya ilə qarşılaşacaq. Meydan sahibləri bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələ şanslarını daha da artıracaqlar.

“B” liqasının 3-cü qrupunda Bosniya və Herseqovina səfərdə Avstriyadan xal ala bilsə, növbəti matç komanda üçün formal xarakter daşıyacaq.

“C” liqasının 2-ci qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı qəbul edəcək. Macarıstan və Estoniya növbəti mərhələ şanslarını itirib. Finlandiya isə bir xal qazanacağı təqdirdə play-off mərhələsinə vəsiqə qazanacaq.

Lüksemburq yığması “D” liqasının 2-ci qrupunda evdə Belarusla üz-üzə gələcək. Meydan sahibləri qələbə qazansa, növbəti mərhələyə yüksələcəklər. Qrupun digər matçında isə San-Marino və Moldova komandaları qarşılaşacaqlar.

Azərbaycan milli komandasinin yer aldığı “D” liqasının 1-ci qrupunda Qazaxıstan millisi Latviya yığmasıni qəbul edəcək. Gürcüstan seçməsi isə səfərdə Andorra komandasının qonağı olacaq.

Qeyd edək ki, Qazaxıstan-Latviya oyunu Bakı vaxtı ilə saat 19:00-da, qalan oyunlar isə 23:45-də başlayacaq.