Bu gün Türkiyə ikinci oyununa çıxırbackend

Bu gün Türkiyə ikinci oyununa çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun oyunları yekunlaşacaq.
Tribunainfo.az 
xəbər verir ki, oyunlar E və F qruplarında baş tutacaq.
F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qrupun digər görüşündə Türkiyə ilə Portuqaliya qarşılaşacaq. Matçın start fiti saat Bakı vaxtı ilə 20:00-da səslənəcək.
E qrupunda isə Belçika və Rumıniya milliləri münasibətlərini aydınlaşdıracaq. Görüş saat Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.