Bu gecə futbolsevərləri möhtəşəm qarşılaşma gözləyir.
İspaniya Kral Kubokunun finalında əzəli rəqiblər – “Barselona” və “Real Madrid” növbəti dəfə üz-üzə gələcək.
Tribunainfo.az xəbər verir ki, oyun Bakı vaxtı ilə saat 00:00-da Sevilyada start götürəcək.
Bu, mövsüm ərzində “Barselona” ilə “Real” arasında baş tutacaq üçüncü “El-Klasiko” olacaq. Kataloniya təmsilçisi əvvəlki iki görüşdə üstünlük qazanıb: oktyabrda La Liqada 4:0, yanvarda isə İspaniya Superkubokunun finalında 5:2 hesablı qələbə əldə edib.
Tarixi rəqabətə nəzər salsaq, komandalar indiyədək 259 dəfə qarşılaşıb. Bu görüşlərdən 106-da “Real Madrid”, 102-də isə “Barselona” qalib gəlib. 51 oyun heç-heçə nəticələnib.
Bu gecə isə həm tarix, həm də titul uğrunda mübarizə aparılacaq. “Real” itirdiklərini qaytarmaq, “Barselona” isə üstünlüyünü möhkəmləndirmək istəyəcək.