Bu gün Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla qarşılaşacaq

Bu gün Şəhriyar Məmmədyarov erməni Levon Aronyanla qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu bu gün IX turun görüşləri keçiriləcək.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ermənistanlı Levon Aronyanla qarşılaşacaq. Məmmədyarov əvvəlki oyunlarından 2 qələbə, 6 heç-heçə ilə, Aronyan isə 1 qələbə, 3 məğlubiyyət və 4 heç-heçə ilə ayrılıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə qalib müəyyənləşməyib – 0,5:0,5.

Turun digər görüşləri:

Fabiano Karuana (ABŞ) – Din Lijen (Çin)

Uesli So (ABŞ) – Aleksandr Qrişuk (Rusiya)

Sergey Karyakin (Rusiya) – Vladimir Kramnik (Rusiya)

Oyunlar Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.

8 turdan sonra Karuana 5,5 xalla vahid liderdir. Məmmədyarov 5 xalla 2-ci, Qrişuk 4,5 xalla 3-cü, Din Lijen 4 xalla 4-cü yerdə qərarlaşıb. 5-6-cı pillələrdəki Karyakinlə Kramnikin hərəyə 3,5 xalı var. Son 2 pilləni isə hərəyə 3 xalı olan Aronyanla So bölüşür.

Qeyd edək ki, İddiaçılar Turnirinin ümumi mükafat fondu 420 min avrodur. Qalib şahmatçı norveçli Maqnus Karlsenlə dünya çempionu titulu uğrunda görüşə çıxacaq.