Bu gün şəhid olan 35 yaşlı hərbçimiz subay imiş – FOTObackend

Bu gün şəhid olan 35 yaşlı hərbçimiz subay imiş – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu əslən Ağstafa rayonundandır.

Tribunainfo.az xəbər verir ki, 1988-ci il təvəllüdlü O.Novruzəlizadə Ağstafanın Vurğun qəsəbəsində anadan olub.

Yaxınlarının verdiyi məlumata görə, 35 yaşlı hərbçi subay olub. Onun 1 qardaşı, 2 bacısı var.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.