“Bu gün saat 6-dan sonra gələn müraciətlərə baxılmayacaq”backend

“Bu gün saat 6-dan sonra gələn müraciətlərə baxılmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən Mərkəzi Seçki Komissiyasında sadəcə, poçtla daxil olan və müəyyən edilmiş 3 günlük müddəti əhatə edən şikayətlərə baxılacaq. 

 Tribunainfo.az xəbər verir ki, bunu bu gün keçirilən iclasda MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri qeyd edib ki, qanunla  müraciətlər üçün ayrılan vaxt artıq başa çatıb:

“Poçtla göndərilən müraciətlərdə isə gecikmələr olduğuna görə ştamp vurulan tarixdən 3 günlük müddətə uyğun gələn müraciətlərə MSK-da müzakirəyə çıxarılacaq. Tələb edirik ki, araşdırma ciddi aparılsın. Bu gün saat 6-dan sonra gələn müraciətlərə baxılmayacaq, ona görə ki, müddət bitib”.