Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında növbəti görüş keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbəyə istinadən Almaniyanın “Zeit” qəzeti yayıb.
Bildirilib ki, bu, ötən həftə Ər-Riyadda Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ Dövlət katibi Marko Rubionun iştirakı ilə keçirilən danışıqların davamıdır.
Xatırladaq ki, daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov iki həftə ərzində ölkələr arasında ekspertlər səviyyəsində görüş keçiriləcəyini açıqlamışdı.