Bu gün “Qalatasaray” – “Fənərbağça” oyunu keçiriləcək

Bu gün “Qalatasaray” – “Fənərbağça” oyunu keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Türkiyə Superliqasında bu gün İstanbul derbisi keçiriləcək.

 Tribunainfo.az-ın məlumatına görə, XXIV turda “Qalatasaray” doğma meydanda “Fənərbağça”nı qəbul edəcək.

Qarşılaşma “Rams Park”da, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Komandalar Superliqa tarixində 135 dəfə üz-üzə gəliblər. Bunların 53-də qonaqlar, 38-də “sarı-qırmızılar” qalib gəlib, 44 qarşılaşmada isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, “Qalatasaray” 63 xalla liderdir. “Fənərbağça” 57 xalla ikinci pillədə qərarlaşıb.