Bu gün Od çərşənbəsidir

Bu gün Od çərşənbəsidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanda ikinci çərşənbə – Od çərşənbəsi qeyd olunur.

 Tribunainfo.az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında “Xəbərçi”, “Üskü”, “Addı” çərşənbə kimi tanınır.

Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir.

Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, Yel çərşənbəsi martın 11-də, ilaxır – Torpaq çərşənbəsi isə martın 18-da qeyd olunacaq.

2025-ci ildə Yaz fəsli Azərbaycana 20 mart 13:01-də daxil olacaq.

Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.