Bu gün  Mirzoyan və Borel mətbuat konfransı keçirəcəklər

Bu gün Mirzoyan və Borel mətbuat konfransı keçirəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurası bu gün, fevralın 13-də Brüsseldə Aİ-Ermənistan Tərəfdaşlıq Şurasının sessiyasının və dəyirmi masanın keçiriləcəyini açıqlayıb.

Tribunainfo.az xəbər verir ki, Avropa Şurasının bəyanatına görə, dəyirmi masa-müzakirə Yerevan vaxtı ilə saat 15:30-da baş tutacaq.

“Aİ və Ermənistan Aİ-Ermənistan Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin və Aİ-Ermənistan Tərəfdaşlığı prioritetlərinin icra vəziyyəti, eləcə də Aİ-Ermənistan Tərəfdaşlıq Gündəliyinin daha iddialı proqramına keçmək imkanları barədə fikir mübadiləsi aparacaq. Onlar həmçinin siyasi dialoq və islahatlar, demokratiya, qanunun aliliyi və insan haqları, iqtisadi, ticarət və sektorlar üzrə əməkdaşlıq, o cümlədən miqrasiya, mobillik və viza liberallaşdırılması dialoqunun başlanması perspektivlərini müzakirə edəcəklər”, – məlumatda deyilir.

Görüşdən sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın birgə mətbuat konfransı planlaşdırılır.

Dəniz Pənahova