Bu gün Mikayıl Müşfiqin doğum tarixidir

Bu gün Mikayıl Müşfiqin doğum tarixidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış Azərbaycan şairi Mikayıl Müşfiqin doğum tarixidir.
TİA.AZ-ın məlumatına görə, İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) 1908-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. İbtidai təhsilini rus-tatar məktəbində alıb. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 nömrəli II dərəcəli məktəbdə oxuyub. Azərbaycan Dövlət Darülfünunun (universitetinin) dil və ədəbiyyat fakültəsini bitirib və əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Son iş yeri 18 nömrəli Bakı şəhər orta məktəbi olub.
M.Müşfiq poetik yaradıcılığa 1926-cı ildə “Gənc işçi” qəzetində çap etdirdiyi “Bir gün” şeiri ilə başlayıb və bədii tərcümə ilə də ciddi məşğul olub.
Şairin “Yenə o bağ olaydı”, Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
İstedadlı şair 1938-ci ildə cəza tədbirləri dövründə güllələnib. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, adına qəsəbə, məktəb, küçə və meydan var. Bakıda yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub. Hər il iyun ayının 5-də onun xatirəsini yad etmək məqsədilə ölkədə “Şairlər Günü” keçirilir.