Bu gün repressiya qurbanı olmuş azərbaycanlı şair Mikayıl Müşfiqin doğum günüdür.
Bu gün repressiya qurbanı olmuş azərbaycanlı şair Mikayıl Müşfiqin doğum günüdür.
TİA.AZ xəbər verir ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olub.
Mikayıl Müşfiq əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub.
Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirib (1927-1931).
Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulub.
Müşfiqin “Yenə o bağ olaydı”, Oxu, tar” və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.
Mərhum şair 1938-ci ildə cəza tədbirləri dövründə güllələnib.
İlahə