Bu gün “Köhnə Yeni il”dir- qeyd edilən ölkələr…

Bu gün “Köhnə Yeni il”dir- qeyd edilən ölkələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Köhnə Yeni il qeyd etmək adəti Yuli təqviminin tətbiq olunduğu dövrdə yaranıb. Keçmişdə Rusiyada Yuli təqvimi istifadə edilərkən, Yeni ilin başlanğıcı 13 yanvar tarixinə təsadüf edirdi.

 Tribunainfo.az bu maraqlı ənənənin yaranması və onun tarixi haqqında faktları təqdim edir:

Rusiya tarixində Yuli təqvimi ilə Qriqori təqvimi arasında fərqlilik yaranıb. Bu iki təqvim arasındakı 13 günlük fərq səbəbindən ruslar 13 yanvar tarixində Köhnə Yeni ili qeyd etməyə başladılar.

Bu günün dini inanclarla əlaqəli olduğu da bəzi mənbələrdə qeyd olunur. Rusiya ilə yanaşı, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Monteneqro və hətta İsveçrədə də Köhnə Yeni il qeyd edilir. Sovet İttifaqı dövründə bu ənənə saxlanılmış və 13 yanvar rəsmi olaraq “Köhnə Yeni il” günü kimi qəbul edilmişdir. Bunun əsas səbəbi provaslav kilsəsinin dini günləri hələ də Yuli təqvimi ilə qeyd etməsidir. Müasir Yeni il isə provaslavlarda Milad bayramı kimi qeyd olunur.

Dünyanın müxtəlif ölkələrində Köhnə Yeni ilin qeyd olunma tərzi fərqlənir. Bu fərqliliyin səbəblərindən biri, 31 dekabra nisbətən 13 yanvarın daha sakit və izdihamsız şəkildə qarşılanmasıdır. Həmçinin bu adət bəzi insanların təqvim dəyişikliyinə adaptasiya olmamasından qaynaqlanır.

Köhnə Yeni ilin qeyd edilməsi özünəməxsus adət-ənənələrlə zəngindir. Məsələn, 13 yanvar gecəsi saat 2-də xüsusi südlü sıyıq hazırlanır. Bu proses maraqlı mərasimlərlə müşayiət olunur: evin böyük xanımı anbardan düyü gətirir, yaşlı kişisi isə təmiz bulaq suyu ilə bu hazırlığa qatılır. Hər kəs sobanın isinməsini gözləyir və sonra masanın ətrafına yığışaraq sıyığın hazırlanmasını izləyir. Sıyıq ləzzətli alınarsa, bu, gələcək ilin bərəkətli və uğurlu olacağının əlaməti hesab olunur.