Bu gün “İstanbul Klinika” ilə bağlı qərar veriləcək – Məhkəməbackend

Bu gün “İstanbul Klinika” ilə bağlı qərar veriləcək – Məhkəmə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi rayonunda fəaliyyət göstərən “İstanbul Klinika” ilə bağlı cərimə protokolu yazılıb.

Tribunainfo.az xəbər verir ki, klinika İnzibati Xətalar Məcəlləsinin sanitariya-epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı işə bu gün saat 16:00-da Binəqədi rayon Məhkəməsində baxılacaq. İş hakim Elçin Ağayevin icraatındadır.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar