Bu gün İstanbul derbisi baş tutacaq.
Tribunainfo.az xəbər verir ki, Türkiyə Superliqasının 29-cu turunda “Qalatasaray” səfərdə “Beşiktaş”ın qonağı olacaq.
Görüş “Tüpraş” stadionunda Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Xatırladaq ki, derbiyə əcnəbi referinin gətirilməsi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq qarşılaşmanı türkiyəli hakim Yasin Kol idarə edəcək.
Qeyd edək ki, hazırda “Qalatasaray” 71 xalla Superliqanın lideridir. “Beşiktaş” isə 44 xalla 4-cü yerdədir.