Bu gün havanın temperaturu 22 dərəcəyə yüksələcək

Bu gün havanın temperaturu 22 dərəcəyə yüksələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 29-u gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında Oktyabrın 29-u gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi  əsəcək. Havanın temperaturu 17-21 dərəcə isti təşkil edəcək.

Bu gün gündüz saatlarında Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 17-22, dağlarda 6-11 dərəcə isti təşkil edəcək.