Bu gün Günəş Yerə ən yaxın məsafədə olacaq

Bu gün Günəş Yerə ən yaxın məsafədə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 4-də Yer sakinləri 2025-ci ildə ən böyük günəş diskini müşahidə edə biləcəklər, çünki Günəş Yerdən minimum məsafədə, başqa sözlə Yerə ən yaxın məsafədə olacaq.

Tribunainfo.az  Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Moskva planetariumu” məlumat yayıb.

“4 yanvar – Yer periheliondadır, Günəşdən ən yaxın məsafədədir, bu, bizə Günəşin ən böyük diskini 2025-ci ildə müşahidə etməyə imkan verəcək”, – məlumatda deyilib.

Astronomlar bu il iki Ay və iki Günəş tutulmasının olacağını bildiriblər. Ay tutulmaları martın 14-də və sentyabrın 7-də, Günəş tutulması isə martın 29-da və sentyabrın 21-də müşahidə olunacaq.

Yanvarın 16-da Marsı müşahidə etmək üçün ən yaxşı şərait olacaq. Mars Yerə ən əlverişli məsafədə yaxınlaşacaq ki, bu fenomen “Marsın qarşıdurması” adlanır.