Bu gün gündüz saatlarında hava necə olacaq?

Bu gün gündüz saatlarında hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 22-si gündüz saatlarında gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Nazirlikdən TİA.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu21-24 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 22-27, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.