“Bu gün Füzulidə Türkmənistanın dəstəyi ilə məscidin bünövrəsi qoyulacaq”.
Tribunainfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə bildirib.
Dövlət başçısı TDT-yə üzv ölkələrin Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə dəstəyini yüksək qiymətləndirib.