Bu gün Əvəz Zeynallının şikayəti əsasında məhkəmə başlayırbackend

Bu gün Əvəz Zeynallının şikayəti əsasında məhkəmə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayır.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 8-nə təyin edilib.

Şikayət hakim Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.