Bu gün Rusiya liderinin ad günüdür.
Kreml başçısı MDB ölkələrinin dövlət başçılarını doğum gününə dəvət edib. Tribunainfo.az-ın xəbərinə görə, bu gün Azərbaycan və Ermənistan liderlərinin iştirakı istisna deyil. Siyasi analitiklər bu tədbirlər çərçivəsində Prezident İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanın görüşünü ehtimal edir. Təhlilçilər təşəbbüsün Rusiya liderindən gələcəyini gözləyir. Hələlik belə bir görüş olacağı haqda Moskva, Bakı və İrəvan rəsmi açıqlamalar verməyiblər. Lakin Putin bu ilin avqustunda Bakıda olarkən bildirmişdi ki, Moskva vasitəçiliyə hazırdır.
Bu mənada, Kreml başçısı onları bir araya gətirməyə çalışacaq. Halbuki son aylar sülh danışıqlarında ciddi durğunluq var. İrəvan özünü sülhsevər göstərir, Bakını ittiham edir. Habelə, delimitasiya işində Əsasnamə komissiyası təsdiq edilməsi istisna, heç bir real iş yoxdur. Nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması və Zəngəzur dəhlizinə gəlincə, burada son vaxtlar daha mürəkkəb problemlər yaranıb. Xülasə, bu gün maraqlı anlar yaşana bilər, gəlin, gedişatı izləyək…
Roman