backend

BU GÜN DÜNYA YUXU GÜNÜDÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

17 Mart Dünya Yuxu Günü kimi qeyd edilir.  

17 Mart Dünya Yuxu Günü kimi qeyd edilir. 

Bu tarix 9 il əvvəl Dünya Səhiyyə Təşkilatıtərəfindən təsis edilib.

Həkimlər sağlam yuxunun vacibliyini qeyd edir və yuxu pozuntularıilə bağlı problemlərə diqqət çəkməyə çalışırlar. Yuxu Günü ilə bağlı bu ilin şüarı “Möhkəm yuxu – sağlamlığa qayğı”dır.

TİA.AZ Rusiya mətbuatına istinadən xəbərverir ki, düzgün yuxu zamanı orqanizmin günlük həyatda sərf edilən bütün qüvvəsi bərpa olunur. Alimlərin müxtəlif peşə sahibləri arasında apardıqları araşdırmalarından məlum olub ki, əməyin qorunması və təhlükəsizlik texnikası mühəndisləri gündə 6 saatdan az yatırlar. Onlardan sonra bu siyahını müəllimlər, fəhlələr, mühafizəçilər və sürücülər davam etdirirlər. Yuxu çatışmazlığı aşpaz və qənnadı ustalarının fəaliyyətinə də mənfi təsir göstərir. Tədqiqatlara əsasən bəlli olub ki, normal yuxusunu alanlar, yəni təxmini 6-8 saat arası yatanlar mühasiblər, məşqçilər, mühəndislər və rəhbər vəzifəsində çalışan şəxslərdir.


İlahə