backend

BU GÜN DÜNYA KÖÇƏRİ QUŞLAR GÜNÜDÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2006-ci ildən bütün dünyadakı həyat sahələrinin qorunmasına diqqət çəkmək üçün 9-10 may tarixləri Dünya Köçəri Quşlar Günü kimi qeyd olunur.  2006-ci ildən bütün dünyadakı həyat sahələrinin qorunmasına diqqət çəkmək üçün 9-10 may tarixləri Dünya Köçəri Quşlar Günü kimi qeyd olunur. 

Bu gün hər il müəyyən devizlə keçirilir. Məsələn, 2015-ci ildə Dünya Köçəri Quşlar Gününün devizi “Quşlar üçün zərər verməyən enerji istehsalı” olub. Proqram çərçivəsində ekologiya və təbiət sevərlərin könüllü birlikləri “Məktəblərdə bərpa olunan enerji istehsalı”, “Quşlar üçün zərər verməyən enerji istehsalı”, “Təbiət və Ətraf mühitin qorunması” kimi mövzularda seminarlar, söhbətlər aprılır. Dünya əhalisinin getdikcə artması və rifahın yüksəlməsi səbəbi ilə insanların enerji istifadəsi də sürətlə artır. Qaz, neft, kömür kimi tükənən enerjilərin bərpası problemdir və bəzi hallarda mümkünsüzdür.

Odur ki, bu məqsədlə dünyada alternativ enerji mənbələrinin kəşfi, istifadəyə verilməsi günün mövzusudur. Təbii enerji yataqlarının olduqca məhdud miqdarda olduğu üçün insanlar alternativ enerji qaynaqlarına yiyələnməyə səy edirlər. Bərpa olunan enerji qaynağı təbiətin öz təkamülü içində bir sonrakı gün eyni ilə mövcud ola bilən enerji qaynağı olaraq təyin olunmaqdadır. Bərpa olunan enerji qaynaqlarının ən böyük xüsusiyyətləri, karbon emissiyasının (çıxarmaq, yaymaq, ixrac etmək, dövriyyəyə salmaq) azaldılması yolu ilə ətraf mühitin qorunmasına köməkçi olmaları, yerli qaynaqlar olduqları üçün enerjidə xaricə asılılığın azalmasına və məşğulluğun artmasında iştirak etmələridir. İnsan sağlamlığı, təbiət və ətraf hər şeydən üstün tutulmalıdır. Təbiətdə qurulan enerji stansiyaları, ətrafındakı bütün canlılara təsir edir, o cümlədən quşları köçməyə məcbur edir. Bu isə köç edilən sahədə ətraf mühitin tarazlığını pozmaqdadır. Xüsusilə, külək enerjisi quşlar üçün böyük təhlükədir. Bu enerji hər gün minlərlə quşun ölümünə, yaralanmasına səbəb olur. Külək stansiyaları qurularkən heyvanlar üçün böyük bir təhlükə meydana gətirir. Hər gün minlərlə quş və yarasa stansiyadakı mühərriklərin qanadlarına çırpılaraq ölürlər. Quş ölümlərinin olmaması üçün bu stansiyalar qurularkən köç yolları üzərində qurulmaması diqqətdən yayınmamalıdır.

İlahə