Bu gün Çexiyada prezident seçkilərinin nəticələri açıqlanacaq

Bu gün Çexiyada prezident seçkilərinin nəticələri açıqlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 27-si, axşam saatlarında Çexiyada prezident seçkilərinin nəticələri açıqlanacaq.

TİA.AZ-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermə yerli vaxtla saat 08:00-dən 14-dək davam edəcək. Səsvermənin ikinci turunda prezident postu uğrunda hazırkı prezident Miloş Zeman və Çexiya Milli Akademiyasının sabiq rəhbəri, professor İrji Draqoş mübarizə aparır. Səsvermənin ikinci turuna yanvarın 26-da start verilib. Yanvarın 12-13-də keçirilmiş birinci turda M.Zeman 38,56%, İ.Draqoş isə 26,6% səs toplayıb.

Qeyd edək ki, Çexiyada prezident 5 il müddətinə seçilir.