Bu gün Brüsseldə “Şərq tərəfdaşlığı” sammiti keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır.

  

Bu gün Brüsseldə 5-ci Avropa İttifaqı “Şərq tərəfdaşlığı” sammiti başlayır.

 

TİA.AZ-ın məlumatına görə, sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edəcək. “2020-dək 20 hədəf: Vətəndaşlar üçün təsirli nəticələrin əldə olunması” adı altında təşkil olunmuş sammitin sonunda yekin bəyannamənin qəbul olunması gözlənilir. Sammitdə Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, digər 5 lider  iştirakını təsdiqləyib.

 

Sonuncu sammit 2015-ci ildə Riqada keçirilmişdi.

 

Qeyd edək ki, 2009-cu ildən yaradılmış “Şərq Tərəfdaşlığı” proqramının əsas məqsədi Aİ ilə altı proqram iştirakçısı ölkələri olan Azərbaycan, Ermənistan, Belarus, Moldova, Gürcüstan və Ukrayna  arasında əlaqələri dərinləşdirməkdir.