Martın 27-si dünyada Beynəlxalq Teatr Günü qeyd olunur.
Tribunainfo.az xatırladır ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.
Hər il Beynəlxalq Teatr Günü münasibətilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.
Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyanın bütün teatrlarında, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda hər il müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş etdirilir.
Ölkəmizdə isə mart ayının 10-u – Azərbaycan milli teatrının əsası qoyulan günü teatrsevərlər Milli Teatr Günü kimi qeyd edirlər.
İlk dəfə 1873-cü il martın 10-da Bakı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası tamaşaya qoyulub.