Azərbaycan Premyer Liqasında 23-cü turun oyunları keçirilir.
Tribunainfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.
“Turan Tovuz” doğma meydanda avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən biri olan “Araz-Naxçıvan”la qarşılaşacaq.
Günün digər oyunu iki əzəli rəqib – “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək.
Qeyd edək ki, turun açılış oyununda “Sumqayıt” “Zirə”yə 0:3 hesabıyla uduzub. “Kəpəz” – “Şamaxı” və “Səbail” – “Sabah” matçları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
23-cü tur
16 fevral
“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
Tovuz şəhər stadionu, 16:00.
“Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
“Neftçi Arena”, 19:00.