Bu gün AvroLiqada 18 oyun keçiriləcək – AFİŞA

Bu gün AvroLiqada 18 oyun keçiriləcək – AFİŞA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda özünü doğrultmuş, hər kəsin üstünlük verdiyi sığorta şirkəti demək olar ki, yoxdur. Bu gün avtomobilini məcburi şəkildə sığorta etdirən sürücülər belə bu şirkətlərlə daim problem yaşayır. Məhz bu səbəbdəndir ki, belə sığorta şirkətlərinə heç kəs əmlakını, evini sığorta etdirmək istəmir. Bu şirkətlərə etibarın olmamasının bir səbəbi də onların vətəndaşlarla yaşadığı məhkəməyə çəkişmələridir. Elə bir ay yoxdur ki, sığorta şirkətləri məhkəməyə verilməsin və ya onlar müştəriləri ilə bağlı iddia qaldırmasın.

Tribunainfo.az qarşıdakı 1 ay ərzində məhkəmə çəkişməsi olan sığorta şirkətlərinin siyahısını tərtib edib. Müştəriləri ilə daha çox prolem yaşayan və ay ərzində ən çox məhkəmə çəkişməsi olan sığorta şirkətinin bu dəfə də “Xalq Sığorta” olduğu məlum olub.

Tam siyahını təqdim edirik:

“Xalq Sığorta” – 84 məhkəmə
“Azsığorta” – 52 məhkəmə
“Atəşgah Sığorta” – 45 məhkəmə
“Meqa Sığorta” – 36 məhkəmə
“Atasığorta” – 34 məhkəmə
“Qala” sığorta – 11 məhkəmə
“Bakı Sığorta” – 8 məhkəmə
“A-Group” – 7 məhkəmə
“Azərbaycan Sənaye Sığorta” – 6 məhkəmə
“Qala Həyat” Sığorta – 4 məhkəmə

Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul