Bu gün AvroLiqada 1/8 finalın püşkü atılacaq

Bu gün AvroLiqada 1/8 finalın püşkü atılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının

1/8  final mərhələsinin püşkü atılacaq.

Modern.az xəbər verir ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Püşk səkkizdəbir finala vəsiqə qazanan “Krasnodar” (Rusiya), “Benfika” (Portuqaliya), “Çelsi” (İngiltərə), “Dinamo” (Kiyev, Ukrayna), “Slaviya” (Praqa, Çexiya), “İnter” (İtaliya), “Renn” (Fransa), “Arsenal” (İngiltərə), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ayntraxt” (Frankfurt, Almaniya), “Napoli” (İtaliya), “Zaltsburq” (Avstriya) “Valensiya” (İspaniya), “Zenit” (Rusiya), “Vilyarreal” (İspaniya) və “Sevilya” (İspaniya) komandaların arasında atılacaq.

UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin ilk oyunları aprelin 7-də, cavab görüşləri isə mayın 14-də keçiriləcək.

Final qarşılaşması isə mayın 29-da Baki Olimpiya stadionunda olacaq.