Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işinə başlayır.
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası işinə başlayır.
TİA.AZ xəbər verir ki, sessiya yanvarın 27-nə qədər davam edəcək.
Qeyd edək ki, sessiyada AŞPA-nın prezidenti və vitse-prezidenti, Avropa İnsan Haqları Məhkəməsinin hakimləri vəzifəsinə seçkilər keçiriləcək.
Ukraynadakı demokratik institutların fəaliyyəti, Livandakı vəziyyət və regional sabitlik, Avropada təhlükəsizlik çağırışları və Qəzzadakı humanitar böhrana dair müzakirələr olacaq.
Eyni zamanda, Avropada jurnalistlərə və mətbuat azadlığına olan təhdidlər, onlayn media və jurnalist fəaliyyətində hesabatlılıq və çağırışlar, kiber ayrıseçkilik və onlayn resurslarda nifrət çıxışlarının dayandırılması zərurəti də müzakirə olunacaq.
Sessiya zamanı Kipr və Rumıniyanın prezidentləri, Avropa Qonşuluq Siyasəti və Genişlənmə danışıqlar üzrə Avropa Komissarı, Kiprin xarici işlər naziri çıxışlar edəcək. Avropa Şurasının Baş katibinin fəaliyyətinə dair məruzə dinləniləcək.
Assambleyada ölkələr, öz monitorinq mexanizmlərinin inkişafı məsələlərinə də diqqət yetirəcək.