Bu gün Almaniya bayram edir

Bu gün Almaniya bayram edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Almaniyada Alman birlik gününü qeyd edirlər. Bütün ölkədə milli bayram və istirahət günüdür. 

Tribunainfo.az xəbər verir ki, 3 oktyabr 1990-cı ildə Almaniya Demokratik Respublikası mövcudluğunu dayandırdı və Almaniya Federativ Respublikasının tərkibinə daxil oldu.

Bu, sentyabrın 12-də Moskvada Almaniya ilə bağlı yekun nizamlanmaya dair imzalanmış “2+4” sazişi sayəsində mümkün olub. Saziş, Almaniya Federativ Respublikası, Almaniya Demokratik Respublikası və SSRİ, ABŞ, Fransa və Böyük Britaniya tərəfindən bağlanıb.
Qeyd edək ki, 1945-ci ildə Faşist Almaniyası SSRİ, Böyük Britaniya, ABŞ və Fransa qoşunları tərəfindən işğal edilib və bu müttəfiq dövlətlərin hərbi idarələrinin nəzarəti altında verilib. 6 iyun 1945-ci ildə Almaniya ərazisinin dörd işğal zonasına bölünüb.
İşğal iki alman dövlətinin – qərbdə Almaniya Federativ Respublikasının (23 may 1949) və Almaniyanın şərqində ADR-in (7 oktyabr 1949) yaranması ilə başa çatıb.