Abşeron Rayon İcra Hakimiyyəti növbəti dəfə torpaq mübahizəsi səbəbindən məhkəməyə verilib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, vətəndaş Ələkbər Əliyev Abşeron Rayon İcra Hakimiyyəti haqqında iddia qaldırıb. İşin mahiyyəti torpaq mübahisəsidir.
Sumqayıt İnzibati Məhkəməsindəki işə hakim Vəfa Əzizovanın sədrliyi ilə bu gün saat 16:15-də baxılacaq.
Xatırladaq ki, Abşeron Rayon İcra Hakimiyyəti torpaq mübahisəsinə, qanunsuz tikili və tikilininsökülməsi səbəbindən dəfələrlə məhkəməyə verilib.