Bu gün 400-dən çox namizəd dövlət qulluğuna imtahan verəcək

Bu gün 400-dən çox namizəd dövlət qulluğuna imtahan verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçirir.

Bu barədə  Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Dövlət qulluğuna qəbul imtahanı
Dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil edilir. İmtahanda iştirak üçün 117 namizəd qeydiyyatdan keçib.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər.

İmtahan saat 11:00-da başlanacaq. Namizədlər saat 10:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar.
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan
Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 5, AC qrupu üzrə 17, BA qrupu üzrə 65, BB qrupu üzrə isə 254 olmaqla, ümumilikdə 341 namizəd qeydiyyatdan keçib.
Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.
Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və buraxılış vərəqəsini mütləq gətirməlidirlər.