“BU GÜN 30 İLLİK HƏSRƏTƏ SON QOYULAN ZƏFƏRİN İLK GÜNÜDÜR” – VÜQAR İSKƏNDƏROV

“BU GÜN 30 İLLİK HƏSRƏTƏ SON QOYULAN ZƏFƏRİN İLK GÜNÜDÜR” – VÜQAR İSKƏNDƏROV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 sentyabr Azərbaycanın şərəfli tarixinə qızıl hərflərlə yaxılacaq zəfərin ilk günüdür. Bu gün 30 illik həsrətimizə son qoyulan günün başlanğıcıdır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə şanlı ordumuz bu tarixdə əks-hücum əməliyyatlarına başladı və cəmi 44 gün ərzində torpaqlarımızı düşmən işğalından azad etdi. Azərbaycanın gücünü, qüdrətini bir daha dünyaya nüayiş etdirdi.

Bu sözləri Tribunainfo.az-a millət vəkili Vüqar İskəndərov deyib. O bildirib ki, bu günün ardınca Azərbaycan tarixinə zəfər günləri yazıldı:

“27 sentyabr – zəfərə gedən yolun ilk günü Azərbaycan xalqını dünyanın həm də ən qürurlu xalqı etdir. Xalqın özünə inamını, qürurunu qaytardı.
Ordumuz dünyaya müharibə dərsi keçdi. Beşinci nəsil müharibəsinin necə aparılmasını dünyaya göstərdik. Xalqın birliyi, mətanəti, qüruru yenidən dirildi, canlandı.
Azərbaycan bu gün bütün dünyaya göstərdi ki, torpağınının bir qarışından da vaz keçməyib, keçməyəəcək də. Bu, bizim torpaqlarda gözü olan hər kəs üçün bir dərs oldu. Azərbaycan 27 sentyabr günü ilə özünün zəfər tarixinin şanlı səhifəsini açmış oldu”.