Bu gün 23 dərəcə isti olacaq

Bu gün 23 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda bu günə olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən TİA.AZ-a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasında oktyabrın 30-dahavaşəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 18-22,Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonların da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.