Bu görüntülərə görə məkanı bağladılar, işçini tutdular – VİDEO

Bu görüntülərə görə məkanı bağladılar, işçini tutdular – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Taksim bölgəsində yerləşən “qorxu evi”ndə gənc qadın qorxulu anlar yaşayıb.

24 yaşlı Melike G. altı dostu ilə birlikdə əylənmək üçün getdiyi məkanda, işçilərə onlara toxunulmamasını xatırladıb. Lakin 18 yaşlı əməkdaş qadının saçından və boynundan tutaraq onu yerə yıxıb və elektroşok tətbiq edib.

Hadisədən sonra Melikə G. xəstəxanadan bədən xəsarətləri ilə bağlı tibbi arayış alıb və polisə müraciət edib. Şikayət əsasında saxlanılan işçiyə “qəsdən xəsarət yetirmə” maddəsi ilə cinayət işi açılıb.

Məsələ ilə bağlı istintaq davam edir, hadisənin baş verdiyi “qorxu evi” isə polis və bələdiyyə əməkdaşları tərəfindən bağlanıb./Milli.az/