Bu futbolçu həbs edildi

Bu futbolçu həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Antalyaspor”un “Trabzonspor” matçında qolu vurduqdan sonra davranışına görə heyətdən kənarlaşdırılan israilli futbolçu Saqiv Jehezkel nəzarətə götürülüb.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Ədliyyə naziri Yılmaz Tunç İsrailli futbolçu Sagiv Jehezkelə qarşı İsrailin Qəzzada törətdiyi qətliamı dəstəkləyən çirkin hərəkətinə görə “ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə təhrik etdiyi” üçün Antalya Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladığını açıqlayıb.

Nazir Tunç sosial media hesabından açıqlamasında bunları deyib: “Bu gün keçirilən “Antalyaspor” – “Trabzonspor” Super Liqa matçında qolu vuran israilli futbolçu Saqiv Jehezkel, İsrailin Qəzzada törətdiyi qırğına dəstək verən çirkin hərəkətinə görə israilli futbolçu Saqiv Jehezkelə qarşı “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” cəzasına məhkum edilib. Faktla bağlı məhkəmə istintaqı başlayıb. 100 gündən çox Qəzzada uşaq, qadın, gənc və qoca olmaqla, soyqırım törədərək insanlığa qarşı cinayət törədən İsrailin hücumlarını bir daha pisləyirəm. Biz hər zaman məzlum fələstinlilərin yanında olmağa davam edəcəyik”.